PFL "Qarabağ" - "Zirə" oyunu ilə bağlı qərar qəbul etdi

15:34 8 Avqust 2018

Ölkəmizi Çempionlar Liqasında təmsil edən “Qarabağ” Peşəkar Futbol Liqasına müraciət edib.

 

Sportarena.az xəbər verir ki, “Qarabağ” ÇL-in 3-cü təsnifat mərhələsinin BATE ilə keçiriləcək cavab oyununa daha yaxşı hazırlaşmaq üçün Topaz Premyer Liqasının 2018/2019-cu illər mövsümünün 1-ci turunda keçirilməli olan “Zirə” ilə görüşün təxirə salınmasını xahiş edib. “Qarabağ”ın qitənin ən nüfuzlu klub turnirində çıxışını nəzərə alan Peşəkar Futbol Liqası 1-ci turun təqvimində aşağıdakı dəyişikliklə bağlı qərar qəbul edib:

 

Topaz Premyer Liqasının 1-ci turunun “Qarabağ” - “Zirə” matçı 10 avqust tarixdən, 26 sentyabr tarixə keçirilsin.

 

Qeyd edək ki, “Qarabağ” Bakıda keçirilən ilk oyunda BATE-yə 0:1 hesabı ilə məğlub olub.


Digər xəbərlər

Xəbər xətti