Ramil Şeydayev "Trabzonspor"dan ayrılır

Sportarena.az      9 Avqust 2018, 00:03

"Trabzonspor" millimizin futbolçusu Ramil Şeydayevlə yolları ayırmağa qərar verib.

 

Sportarena.az xəbər verir ki, 22 yaşlı oyunçunun təlim-məşq toplanışındakı çıxışı klubun baş məşqçi heyətini  qane etməyib. Bununla bağlı klub rəhbərliyinə məlumat verilib. Komandanın baş məşqçisi Ünal Karaman gənc hücumçunun ehtiyat oyunçular skamyasında oturmaq şansının belə olmadığını vurğulayıb.

 

Bundan sonra rəhbərlik Şeydayevin "Trabzonspor"dan alacaqları qarşılığında ona azad agent statusu verməyi təklif edb. Ancaq millimizin üzvünün bu təklifə müsbət cavab vermədiyi bildirilib.

 

Qaradəniz təmsilçisi ilə 2020-ci il mayın 30-na kimi müqaviləsi olan R.Şeydayevin gələcəyinin yaxın günlərdə müəyyənləşəcəyi gözlənilir.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
"Qarabağ" Avropa Liqasının qrupunda neçənci yeri tutacaq?
 1-ci
 2-ci
 3-cü
 4-cü
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin