Yunanıstanda rusiyalı jurnalistləri döydülər

11:48 9 Avqust 2018

Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində PAOK-la “Spartak” arasında keçirilən ilk oyunda insident yaşanıb.

 

Sportarena.az xəbər verir ki, Salonikidə keçirilən oyunda yunan azarkeşlər rusiyalı jurnalistləri qarət edib və döyüblər. Qarət hadisəsi oyundan əvvəl olub. Oyun başlayan zaman isə azarkeşlər mətbuat lojasına hücum ediblər. Fanatlar jurnalistlərdən birinə bir neçə zərbə vurublar.

 

Rusiyalı jurnalistlər bildiriblər ki, hadisə stadionun stüardlarının gözü qarşısında baş verib. Təhlükəsizliyə cavabdeh şəxslər, demək olar ki, seyrçi mövqe tutublar.

 

Qarşılaşma PAOK-un 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.


Digər xəbərlər

Xəbər xətti