"Qəbələ"nin sabiq futbolçusu qalmaqalla üzləşdi - Rus qadınların uşaq iddiası

12:54 9 Avqust 2018

“Anji”nin və "Qəbələ"nin sabiq futbolçusu Lorentso Ebesilyo qalmaqalla üzləşib.

 

Sportarena.az xəbər verir ki, Rusiyanın mərkəzi telekanalında yayımlanan “Pust qovoryat” proqramında Anna Baqaeva və Darya Danilina iddia ediblər ki, övladlarının atası Ebesilyodur. Hər iki uşaq - Malena və Mateo 2017-ci ildə, eyni gündə doğulublar.

 

Futbolçu əvvəlcə uşaqların atası olduğunu qəbul edib və onlara kömək edəcəyini bildirib. Ancaq sonradan onlarla heç bir əlaqə saxlamayıb. DNT analizindən sonra məlum olub ki, Malena və Mateo bacı-qardaşdırlar. Proqramda çıxış edən qadınlar futbolçudan tələb ediblər ki, uşaqların atası olduğunu qəbul etsin.

 

Qeyd edək ki, "Qəbələ"də 2013/14 mövsümündə çıxış etmiş Ebesilyo hazırda “Srvena Zvezda” klubunda forma geyinir.


Digər xəbərlər

Xəbər xətti