Keylor Navas "Real"dan ayrılmaq istəmir?

15:03 9 Avqust 2018

"Real"ın qapıçısı Keylor Navas Madrid klubundan ayrılmağı düşünmür.

 

Sportarena.az xəbər verir ki, bu barədə İspaniya mətbuatı məlumat yayıb. O, "kral klubu"nun "Çelsi"dən Tibo Kurtuanı transfer etməsinə baxmayaraq, belçikalı qolkiperlə əsas qapıçı olmaq uğrunda mübarizə aparmağa hazırdır. "Real"ın da 2021-ci ilin yayında müqaviləsinin müddəti başa çatacaq Navası satmağı planlaşdırmadığı vurğulanıb.


Xəbər xətti