Ramil Şeydayevin "Trabzonspor" macərası başa çatdı

Sportarena.az      9 Avqust 2018, 23:54

Türkiyənin “Trabzonspor” klubu futbol üzrə Azərbaycan millisinin hücumçusu Ramil Şeydayevlə yollarını ayırıb.

 

Sportarena.az xəbər verir ki, bu barədə Trabzon klubunun rəsmi saytı məlumat yayıb. Məlumatda bildirilir ki, Qara dəniz təmsilçisi 22 yaşlı hücumçu ilə müqaviləni qarşılıqlı razılaşma əsasında ləğv edib.

 

“Trabzonspor” Şeydayevə komandada qaldığı və icarəyə verildiyi müddətdə bütövlükdə 370 min avro ödəyib. Onun Türkiyə klubu ilə 2020-ci ilə qədər müqaviləsi mövcud idi.

 

Qeyd edək ki, Ramil Şeydayev 2016-2017 mövsümündə 170 min avro müqabilində Rusiyanın "Zenit" komandasından "Trabzonspor"a keçmişdi. O, 2017-2018 mövsümünü icarə əsasında "Qarabağ"da keçirib. Ağdam təmsilçisindən öncə isə Ramil Slovakiyanın “Jilina” klubunda icarədə oynayıb. Hər iki halda “Trabzonspor” millimizin üzvünü pulsuz icarəyə verib.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Avrokubokların yeni formatında klublarımızdan ən azı biri qrup mərhələsinə vəsiqə qazana biləcəkmi?
 Bəli
 Xeyr
 Püşkdən asılı olacaq
 Klublarımızın işi çətin olacaq
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin