Azərbaycan UEFA reytinqində daha bir pillə gerilədi

10:47 10 Avqust 2018

Avropa Liqasının 3-cü təsnifat mərhələsinin ilk oyunlarından sonra UEFA-nın reytinq cədvəli açıqlanıb.

 

Sportarena.az xəbər verir ki, Azərbaycanın cədvəldəki mövqeyi dəyişib. İsrail təmsilçilərinin uğurlu çıxışı bu ölkənin reytinq xalını artırıb. 18,125 xalı olan israillilər əlavə göstəricilərə görə 24-cü pilləyə yüksəlib və ölkəmizi geridə qoyub.

 

Azərbaycan hazırda UEFA reytinqində 55 ölkə arasında 25-ci pillədədi. Ölkəmizin hesabında 18.125 reytinq xalı var. Onun 1.500 (0.750 “Qarabağ”, 0,250 “Neftçi”, 0,250 “Keşlə”, 0,250 “Qəbələ”) xalı cari mövsümdə qazanılıb.

 

Azərbaycandan 1 pillə geridə olan Qazaxıstanın isə 17,500 xalı var.


Digər xəbərlər

Xəbər xətti