Avroliqa oyununda hakimin başı yarıldı - VİDEO

18:49 10 Avqust 2018

Avstriyada yerli "Şturm" və Kiprin AEK komandaları arasındakı Avropa Liqasının 3-cü təsnifat mərhələsinin ilk oyunu yarımçıq dayandırılıb.

 

Sportarena.az xəbər verir ki, AEK 2-0 öndə olarkən, 78-ci dəqiqədə tribunadan atılan şüşə qab yan xətt hakiminin başına dəyib. Yerə yıxılan laynsmanın başı qanayıb. Bunu görən isveçli baş hakim Məhəmməd əl-Hakim komandaları paltardəyişmə otağına göndərib. 40 dəqiqə sonra bərpa edilən oyunda əlavə qol olmayıb.

 

"Sturm"un mətbuat xidməti fanatların hərəkətini yolverilməz və klubun nüfuzuna xələl gətirən addım adlandırıb. İnsidentin səbəbkarının saxlanılıb.


Digər xəbərlər

Xəbər xətti