"Neftçi" mövsümə qələbə ilə başladı - YENİLƏNİB

21:51 11 Avqust 2018

Bu gün Topaz Premyer Liqasında 2018-2019 mövsümünə start verilib.

 

Sportarena.az xəbər verir ki, ilk oyun günündə bir görüş keçirilib. Mövsümün ilk matçında "Sumqayıt" “Neftçi”ni qəbul edib. "Ağ-qaralar" 2:0 hesabı ilə qələbə qazanaraq mövsümə uğurla başlayıb.

 

Turun digər oyunları sabah keçiriləcək. "Qəbələ" "Səbail"i, "Keşlə" isə debütant "Sabah"ı qəbul edəcək.

 

Qeyd edək ki, bu günə nəzərdə tutulan "Qarabağ" - "Zirə" matçı Ağdam təmsilçisinin istəyi ilə tarixinə təxirə salınıb.

 

Topaz Premyer Liqası, 1-ci tur

11 avqust

20:00 Sumqayıt - Neftçi 0:2

Qol: Mirabdulla Abbasov, 27. Emin Mahmudov, 72.

Hakimlər: Rauf Cabbarov, Mübariz Haşımov, Rahil Ramazanov, İnqilab Məmmədov

Bakı, "Dalğa Arena”

 

12 avqust

19:00 Qəbələ - Səbail
Hakimlər: Əliyar Ağayev, Rza Məmmədov, Zeynal Zeynalov, Orxan Məmmədov
Qəbələ şəhər stadionu

 

21:00 Keşlə - Sabah
Hakimlər: Rəhim Həsənov, Nahid Əliyev, İsgəndər Əliyev, Ramil Diniyev
Bakı, "ASK Arena”.


Xəbər xətti