"Neftçi" mövsümün ilk oyununa 2 itki ilə çıxacaq

11:20 11 Avqust 2018

“Neftçi” Topaz Premyer Liqasının ilk turunda qarşılaşacağı "Sumqayıt”la oyuna hazırlığını başa vurub.

 

Sportarena.az xəbər verir ki, komanda bu gün öz bazasında növbəti məşqə çıxıb. Hazırlıq prosesində Ruslan Abışovdan başqa bütün futbolçular iştirak ediblər. Zədəli Abışovla yanaşı, ötən mövsümün son oyununda qırımızı vərəqə ilə cəzalandırılmış Kirilo Petrov da "Gənclik şəhəri” təmsilçisi ilə matçı buraxacaq.

 

Xatırladaq ki, avqustun 11-də "Dalğa Arena”da baş tutacaq "Sumqayıt” – "Neftçi” oyunu saat 20:00-da start götürəcək.


Xəbər xətti