“Zirə” “Qarabağ”a qalib gəldi

11:34 11 Avqust 2018

“Zirə” Topaz Premyer Liqasında yeni mövsümün startı ərəfəsində bu gün daha bir yoxlama oyunu keçirib.

 

Sportarena.az xəbər verir ki, Ayxan Abbasovun çalışdırdığı paytaxt təmsilçisi “Qarabağ”ın əvəzedici komandası ilə üz-üzə gəlib. “Azərsun Arena”da baş tutan görüş “Zirə”nin qələbəsi ilə başa çatıb. Qolları Mirsahib Abbasovla (penaltidən) Sadio Tounkara vurub.


Xəbər xətti