Mövsümün ilk oyunu nələrlə yadda qaldı?

10:32 12 Avqust 2018

Topaz Premyer Liqasında 2018/19 mövsümünə start verilib.

 

Sportarena.az xəbər verir ki, mövsümün ilk oyunu "Sumqayıt" və "Neftçi" komandaları arasında keçirilib. Görüş bir sıra məqamlarla tarixin yaddaşına hək olub.

 

"Ağ-qaralar"ın 2:0 hesabı ilə qalib gəldikləri oyunda 27-ci çempionatın ilk topunu qarşılaşmanın 27-ci dəqiqəsində Mirabdulla Abbasov vurub.

 

2018/19 mövsümündə ilk sarı vərəqə isə bu qarşılaşmanın 36-cı dəqiqəsində qeydə alınıb. Baş hakim Rauf Cabbadov meydan sahiblərinin gənc oyunçusu - sağ cinah müdafiəçisi Süleyman Əhmədovu kobud oyuna görə cəzalandırıb. Bu, 19 yaşlı futbolçunun TPL-də debüt matçıdı.

Sözügedən qarşılaşmada mövsümün ilk qırmızı vərəqəsi də qeydə alınıb. "Sumqayıt"ın kapitanı Vurğun Hüseynov baş hakimi Rauf Cabbadov tərəfindən 67-ci  dəqiqədə meydandan qovulub.


Digər xəbərlər

Xəbər xətti