“Fənərbaxça”dan rəsmi transfer

14:53 12 Avqust 2018

Türkiyənin “Fənərbaxça” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

 

Sportarena.az xəbər verir ki, Super Liqa təmsilçisi İngiltərənin “Lester" klubunun hücumçusu İslam Slimanini heyətinə qatıb. Bu barədə İstanbul nəhənginin rəsmi saytı məlumat yayıb. Bildirilir ki, əlcəzairli forvard bir illik icarəyə götürülüb. Artıq İstanbula gələrək tibbi müayinədən keçən futbolçu ilə rəsmi müqavilə də imzalanıb.

 

Slimani 2016-cı ildən “Lester"də çıxış edir. O, geridə qalan mövsümdə “Nyukasl”da da icarədə oynayıb.


Xəbər xətti