Millimizin üzvü oynadı, komandası ilk xalını qazandı

Sportarena.az      13 Avqust 2018, 10:14

Futbol üzrə Almaniya 2-ci Bundesliqasında 2-ci turun oyunları keçirilib.

 

Sportarena.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Dmitri Nazarovun formasını geyindiyi “Ersgebirge” də növbəti matçına çıxıb. Sözügedən klub doğma meydanda “Maqdeburq”la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb - 0:0.

 

Millimizin üzvü də bu görüşün iştirakçısı olub. O, qarşılaşmanın 58-ci dəqiqəsində meydana buraxılıb.

 

“Ersgebirge” 2 turdan sonra 1 xalla 18 iştirakçı arasında 16-cı pillədə qərarlaşıb.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
"Qarabağ" Avropa Liqasının qrupunda neçənci yeri tutacaq?
 1-ci
 2-ci
 3-cü
 4-cü
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin