Super Kubok yenə “Bavariya”nın oldu - VİDEO

Sportarena.az      13 Avqust 2018, 10:45

Futbol üzrə Almaniya Super Kubokunun qalibi müəyyənləşib.

 

Sportarena.az xəbər verir ki, qalib adı uğrunda Bundesliqanın qalibi “Bavariya” ilə Almaniya Kubokunun son sahibi “Ayntraxt” mübarizə aparıb. Münhen klubu Frankfurt təmsilçisini 5 cavabsız qolla məğlub edərək, Super Kuboku başı üzərinə qaldırıb. Robert Levandovskinin het-trikə imza atdığı görüşdə Kinqsli Komanla Tyaqo Alkantara da hərəyə bir dəfə fərqlənib.

 

Bu, “Bavariya”nın tarixində 7-ci Super Kubok zəfəridi. Münhen klubu 1987, 1990, 2010, 2012, 2016 və 2017-ci illərdə də Almaniya Super Kubokunu başı üzərinə qaldırmışdı. “Ayntraxt” isə ikinci dəfə oynadığı Super Kubok görüşündən yenə məğlub ayrıldı.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
"Qarabağ" Avropa Liqasının qrupunda neçənci yeri tutacaq?
 1-ci
 2-ci
 3-cü
 4-cü
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin