"Səbail"in səfərdəki ən ağır məğlubiyyəti

Sportarena.az      13 Avqust 2018, 14:43

Azərbaycan Premyer Liqasının 2018/19 mövsümündə ilk böyükhesablı nəticə qeydə alınıb.

 

Sportarena.az xəbər verir ki, 1-ci turun ikinci oyun günündə “Qəbələ” öz meydanında “Səbail”i 3 cavabsız qolla məğlub edib. Bu nəticə “Qəbələ”nin Azərbaycan çempionatlarında 28-ci böyükhesablı qələbəsi olub. “Qırmızı-qaralar” sonuncu dəfə belə uğura 106 gün əvvəl - aprelin 28-də “Kəpəz”i 3:0 hesabı ilə üstələməklə imza atmışdı.

 

“Səbail” isə Premyer Liqada 2-ci, səfərdə ilk dəfə ağır məğlubiyyət alıb. Bakılılar yalnız 301 gün öncə - ötən il oktyabrın 15-də, evdə keçirdiyi matçda “Neftçi”yə 0:4 hesabı ilə uduzmuşdu.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
"Qarabağ" Avropa Liqasının qrupunda neçənci yeri tutacaq?
 1-ci
 2-ci
 3-cü
 4-cü
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin