“Atletiko” hücumçusunu “Valensiya”ya satdı

Sportarena.az      13 Avqust 2018, 15:46

İspaniyanın “Valensiya” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

 

Sportarena.az xəbər verir ki, La Liqa təmsilçisi Madrid “Atletiko”sunun hücumçusu Kevin Qameyronu heyətinə qatıb. Bu barədə “Valensiya”nın rəsmi saytı məlumat yayıb. Futbolçunun tezliklə yeni klubunun düşərgəsinə gəlib tibbi müayinədən keçəcəyi və rəsmi müqaviləyə imza atacağı bildirilir.

 

İspaniya mətbuatının yazdığına görə, 31 yaşlı hücumçunun transferi yeni klubuna 16 milyon avroya başa gəlib.

 

Fransada “Strasburq”, “Loryan”, PSJ, İspaniyada “Sevilya”nın formasını geyinmiş Qameyro, ötən mövsüm “Atletiko” ilə 36 oyuna çıxıb, 11 qola imza atıb.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
"Qarabağ" Avropa Liqasının qrupunda neçənci yeri tutacaq?
 1-ci
 2-ci
 3-cü
 4-cü
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin