İlk turun oyunlarını nə qədər azarkeş izlədi? - Addım-addım anti-rekorda doğru

18:14 13 Avqust 2018

Azərbaycan Premyer Liqasında mövsümün ilk turunda qeydə alınan azarkeş sayı məlum olub.

 

Sportarena.az xəbər verir ki, turun ilk görüşünü - "Sumqayıt" - "Neftçi" matçını stadiondan 800 nəfər izləyib. Qəbələdə keçirilən "Qəbələ" - "Səbail" oyununda isə 600 azarkeş qeydə alınıb. "Keşlə" - "Sabah" matçını arenadan izləyənlərin sayı 300 olub.

 

Yeni mövsümün ilk turunu ümumilikdə, açılış turunu cəmi 1700 azarkeş izləyib. Bölgə klublarının - "Xəzər Lənkəran", "Simurq", "Turan" və son olaraq "Kəpəz"in elitanı tərk etməsinən sonra ilk dəfə matçları bu qədər az sayda azarkeş izləyib. Elitada təmsilçisi olan yeganə bölgə olan Qəbələdə isə futbola maraq demək olar yoxdu. Bu o anlama gəlir ki, hər hansı möcüzə baş verməzsə, hər tur aşağ-yuxarı bu qədər azarkeş Premyer Liqanı izləyəcək, yeni anti-rekordlar yaşanmaqda davam edəcək.


Turun "Qarabağ" - "Zirə" oyunu avqustun 26-na təxirə salınıb.


Digər xəbərlər

Xəbər xətti