Aleksey Baqa: “Qarabağ” səfərdə fərqli komanda olacaq"

23:20 13 Avqust 2018

Belarusun BATE klubunun baş məşqçsi Aleksey Baqa UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsi çərçivəsində Azərbaycan çempionu “Qarabağ”a qarşı keçirəcəkləri cavab oyunu öncəsi mətbuat konfransı keçirib.

 

Sportarena.az xəbər verir ki, o, öncə bunları söyləyib:

 

"Bakıda 30 min azarkeş önündə oynayan “Qarabağ”la səfərdəki komanda fərqli olacaq. Bu üzdən də biz rəqibin hər cür oyun variantlarına hazır olmalıyıq. Hər şeyin necə olacağını matç göstərəcək. Azərbaycan komandasının Sloveniya və Albaniyadakı oyunlarını da görmüşük. Sabah çox ağır oyun olacağına şübhə etmirəm. Amma yəqin ki, psixoloji və strateji baxımdan kiçik üstünlük bizim tərəfimizdə olacaq".


Digər xəbərlər

Xəbər xətti