"Qarabağ" ÇL-də mübarizəni dayandırdı - YENİLƏNİB

22:49 14 Avqust 2018

Futbol üzrə Azərbaycan çempionu “Qarabağ” bu gün UEFA Çempionlar Liqasında növbəti matçına çıxıb.

 

Sportarena.az xəbər verir ki, Qurban Qurbanovun çalışdırdığı Ağdam təmsilçisi qitənin ən nüfuzlu klub turnirinin 3-cü təsnifat mərhələsi çərçivəsində Belarusun BATE klubu ilə mübarizə aparıb. Azərbaycan çempionu bu rəqibinə qarşı Bakıda keçirdiyi ilk oyunda 0:1 hesabıyla uduzub. Bu üzdən də təmsilçimiz mərhələ adlamaq üçün səfərdə mütləq qələbə qazanmalı idi. Komandamız 1:1 hesablı heç-heçə etməklə Çempionlar Liqasında mübarizəni dayandırıb.

 

"Qarabağ" ÇL-də mübarizəni dayandırsa da, Avropa Liqasının pley-off mərhələsində iştirak etmək hüququ qazanıb.

 

Qeyd edək ki, bu cütün qalibi ÇL-in pley-off mərhələsində Hollandiyanın PSV klubu ilə üz-üzə gələcək. Məğlub olan komanda isə Avropa Liqasının pley-off mərhələsində "Şerif" (Moldova) - "Valyur" (İslandiya) cütünün qalibi ilə mübarizə aparacaq.

 

UEFA Çempionlar Liqası: 3-cü təsnifat mərhələsi, cavab oyunu

14 avqust

21:00 BATE - Qarabağ 1:1 (İlk oyun 1:0) 

Qol: Mirko İvaniç, 20 - Miçel, 54.
Hakimlər: Andris Treymanis, Harald Qudermanis, Aleksey Spasyonņikov, Aleksandr Qolubev (Hamısı Latviyada).
Borisov. “Borisov Arena”.

 

BATE: 48. Denis Şerbitski, 4. Aleksandr Filipoviç, 5. Yevgeni Yablonski, 8. Stanislav Draqun, 10. Mirko İvaniç, 13. Nikolay Siqneviç, 17. Aleksey Rios, 21. Yeqor Filipenko, 22. İqor Staseviç (k), 25. Dmitri Baqa, 42. Maksim Volodko.

Ehtiyat oyunçular: 35. Anton Çiçkan, 7. Yevgeni Beryozkin, 11. Aleksandr Qleb, 15. Maksim Skaviş, 23. Zaxar Volkov, 24. Yasse Tuominen, 62. Mixail Qordeyçuk.

Baş məşqçi: Aleksey Baqa.

 

Qarabağ: 1. Hannes Halldorsson, 2. Qara Qarayev, 5. Maksim Medvedev, 6. Simeon Slavçev, 7. İnnosent Emeqara, 8. Miçel, 11. Mahir Mədətov, 14. Rəşad Sadıqov (k), 17. Abdulla Zubir, 55. Bədavi Hüseynov, 77. Donald Gerye.

Ehtiyat oyunçular: 13. Vaqner da Silva, 19. Filip Ozobiç, 25. Ansi Aqolli, 28. Con Delarj, 30. Abbas Hüseynov, 52. Yakub Jezniçak, 91. Coşqun Diniyev.

Baş məşqçi: Qurban Qurbanov.


Digər xəbərlər

Xəbər xətti