"Liverpul" Salahdan polisə şikayət etdi

Sportarena.az      14 Avqust 2018, 15:40

“Liverpul” misirli futbolçusu Məhəmməd Salahdan qayda pozuntusuna görə polisə şikayət edib.

 

Sportarena.az xəbər verir ki, Mersisayd klubunun rəsmiləri Salahın maşın sürərəkən telefondan istifadə etdiyi barədə polisə məlumat verib. Belə ki, Salahın sükan arxasında olan zaman diqqətinin telefonda olması, həvəskar kameraya tuş gəlib. Az sonra Mersisayd polis mərkəzinin rəsmi “tvitter” hesabında “bir futbolçunun maşın sürən zaman telefondan istifadə etməsi barədə bizə xəbər verilib, məlumatınız üçün sağ olun” deyə, paylaşım edilib. Sonra isə bu məlumatın “Liverpul” klubundan verildiyi ortaya çıxıb.

 

Hadisə haqqında “Liverpul” klubunun rəsmi saytından verilən açıqlamada isə bunlar deyilib:

 

“Futbolçumuzla görüşdükdən sonra hadisəylə bağlı polisi məlumatlandırmağa qərar verdik. Artıq bu haqda nə futbolçu, nə də klubdan hansısa bir açıqlama olacaq”.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
"Qarabağ" Avropa Liqasının qrupunda neçənci yeri tutacaq?
 1-ci
 2-ci
 3-cü
 4-cü
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin