UEFA "Fənərbaxça"nın istəyini rədd etdi

Sportarena.az      14 Avqust 2018, 16:15

Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin cavab oyunları çərçivəsində bu gün “Benfika” ilə qarşılaşacaq “Fənərbaxça” UEFA-ya müraciət edib.

 

Sportarena.az xəbər verir ki, İstanbul klubu UEFA-ya göndərdiyi iştirak ərizəsində adı olmayan yeni transfer - İslam Slimanini “Benfika” ilə qarşılaşmada oynatmaq üçün Avropanın ali futbol qurumuna məktub göndərib. Qaydalara görə, klubların sadəcə, ilk oyundan 24 saat əvvələ qədər iştirak ərizəsinə oyunçu əlavə etmək haqları olduğu üçün UEFA “Fənərbaxça”nın istəyini qəbul etməyib.

 

Portuqaliyada keçirilən ilk oyunda “Fənər” 0:1 hesabı ilə məğlub olub.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
"Qarabağ" Avropa Liqasının qrupunda neçənci yeri tutacaq?
 1-ci
 2-ci
 3-cü
 4-cü
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin