Almeydalı "Astana" da ÇL-lə vidalaşdı

Sportarena.az      15 Avqust 2018, 10:15

 

Futbol üzrə Azərbaycan yığmasının yarımmüdafiəçisi Riçard Almeydanın formasını geyindiyi Qazaxıstanın “Astana” klubu UEFA Çempionlar Liqasında növbəti oyununu keçirib.

 

Sportarena.az xəbər verir ki, sözügedən klub 3-cü təsnifat mərhələsinin cavab matçında Zaqreb “Dinamo”sunun (Xorvatiya) qonağı olub. Qarşılaşma futbolçumuzun komandasının məğlubiyyəti ilə başa çatıb - 0:1.

 

“Qəbələ”nin sabiq baş məşqçisi, hazırda “Astana”nın “sükanı arxası”nda çalışan Roman Qriqorçuk bu oyunda Almeydaya da şans verib. Millimizin üzvü start heyətdə meydana çıxıb və 78-ci dəqiqədə əvəzlənib.

 

Xatırladaq ki, bu komandalar arasında Astanada keçirilən oyunda da Qazaxıstan klubu məğlubiyyətlə üzləşmişdi – 0:2. Futbolçumuzun komandası ÇL-lə vidalaşdığından, mübarizəni Avropa Liqasında davam etdirəcək. “Astana”nın Avroliqanın pley-off mərhələsindəki rəqibi isə “Hapoel” (Beer-Şeva, İsrail) - APOEL (Kipr) cütünün qalibi olacaq (ilk oyun 2:2).

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
"Qarabağ" Avropa Liqasının qrupunda neçənci yeri tutacaq?
 1-ci
 2-ci
 3-cü
 4-cü
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin