UEFA Çempionlar Liqasında pley-off mərhələsinin bütün cütlükləri müəyyənləşib.
Sportarena.az xəbər verir ki, qitənin ən nüfuzlu klub turnirinin qrup mərhələsinə vəsiqə uğrunda 12 klub mübarizə aparacaq. Onlar son 6 vəsiqənin sahibini müəyyənləşdirəcəklər.
Pley-off mərhələsinin ilk oyunları 21-22 avqust, cavab görüşləri isə 28-29 avqust tarixlərində keçiriləcək.
UEFA Çempionlar Liqası, Pley-off mərhələsi
Çempionlar Yolu
Srvena Zvezda (Serbiya) - Zalsburq (Avstriya)
BATE (Belarus) - PSV (Hollandiya)
Yanq Boyz (İsveçrə) - Dinamo (Zaqreb, Xorvatiya)
Videoton (Macarıstan) - AEK (Afina, Yunanıstan)
Liqa Yolu
Benfika (Portuqaliya) - PAOK (Yunanıstan)
Ayaks (Hollandiya) - Dinamo (Kiyev, Ukrayna)