"Qarabağ" heç-heçə etdi, Azərbaycan irəlilədi

Sportarena.az      15 Avqust 2018, 10:50

Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin cavab oyunları Azərbaycanın UEFA reytinqindəki mövqeyinə təsirsiz ötüşməyib.

 

Sportarena.az xəbər verir ki, ölkəmiz bu siyahıda bir pillə irəliləyib. Ötən gün Azərbaycanın avrokuboklardakı təmsilçilərindən “Qarabağ” növbəti oyununu keçirdi. Ağdam klubu səfərdə Belarus təmsilçisi BATE ilə heç-heçə etdi - 1:1. Bununla komandamız ölkəmizin hesabında əlavə 0.125 xal yazdırdı. Bu, həm də Azərbaycanın irəliləməsi üçün yetərli olub.

 

Hazırda UEFA reytinqində 55 ölkə arasında 24-cü pillədəyik. Azərbaycanın hesabında 18.250 reytinq xalı var. Onun 1.625 (0.875 “Qarabağ”, 0,250 “Neftçi”, 0,250 “Keşlə”, 0,250 “Qəbələ”) xalı cari mövsümdə qazanılıb.

 

Azərbaycandan 1 pillə öndə olan Şotlandiyanın 18.500 xalı var. Ölkəmizin əsas izləyicisi İsrail isə 18.125 xala malikdi.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
"Qarabağ" Avropa Liqasının qrupunda neçənci yeri tutacaq?
 1-ci
 2-ci
 3-cü
 4-cü
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin