"Atletiko" mövsümə titulla başladı - YENİLƏNİB

01:40 16 Avqust 2018

Bu gün UEFA Super kuboku uğrunda oyun keçirilib.

 

Sportarena.az xəbər verir ki, Super kubok matçında Madrid klubları - "Atletiko" və "Real” üz-üzə gəlib. "Real” 2017-2018 mövsümündə Çempionlar Liqasının, "Atletiko" isə Avropa Liqasının qalibi olub. "Real” UEFA superkubokunun hazırkı sahibi sayılırdı. “Kral klubu” ötən il superkubok görüşündə "Mançester Yunayted"i məğlub etmişdi (2:1).

 

Estoniyanın paytaxtı Tallindəki “Lillekula” stadionunda keçirilən oyunda qapılara 6 qol vurulub. Əsas vaxtı 2:2 hesabıyla bitən görüşün qalibi əlavə vaxtda müəyyənləşib. Məhz əlavə vaxtda daha iki qol vuran "Atletiko" tarixində 3-cü dəfə UEFA Super kubokuna sahib çıxıb. Bu klub 2010 və 2012-ci illərdə də sözügedən titulu qazanmışdı.

 

UEFA Super kuboku

15 avqust

23:00 Real (İspaniya) - Atletiko (İspaniya) 2:4

Qol: Kərim Benzema, 27. Serxio Ramos, 63-pen - Dieqo Kosta, 1; 79. Saul Niqes, 99. Koke, 104.


Digər xəbərlər

Xəbər xətti