Aleksandr Filipoviç: "Qırmızı vərəqə hadisələrin gedişatına təsir etdi"

12:19 15 Avqust 2018

BATE Çempionlar Liqasının III təsnifat mərhələsində ilk oyunda 1:0 hesabı ilə qalib gəldiyi "Qarabağ"la evdə heç-heçə edib - 1:1. Bu nəticə ilə ÇL-in pley-offuna yüksələn Borisov təmsilçisi bu mərhələdə Hollandiyanın PSV klubu ilə qarşılaşacaq.

 

Sportarena.az xəbər verir ki, oyundan sonra BATE-nin müdafiəçisi Aleksandr Filipoviç fikirlərini bölüşüb:

 

"Mən çox yorğunam və hazırda inanılmaz sevinc hissləri yaşayıram. Çempionlar Liqası üçün BATE-yə gəlmişəm və çox xoşbəxtəm ki, biz pley-offa yüksəldik. Azarkeşlərə də təşəkkür edirəm".

 

23 yaşlı serbiyalı futbolçu Ağdam klubunun heyətində İnnosent Emeqaranın qırmızı vərəqə almasının hadisələrin gedişatına təsir etdiyini bildirib:

 

"Qarabağ"ın bura qələbə üçün gəldiyini bilirdik. Onlar aqressiv şəkildə pressinq edirdilər. "Qarabağ" ixtisaslaşmış komandadır və topa nəzarət edə bilir. Oyunun ikinci hissəsinin əvvəlində qol buraxdıq. Rəqib getdikcə təzyiqi artırırdı. Xoşbəxtlikdən "Qarabağ"ın hücumçusu qırmızı vərəqə aldı. Bu da hadisələrin gedişatına təsir etdi. Buna baxmayaraq, "Qarabağ" sona qədər mübarizə apardı, lakin biz sərfəli nəticəni qoruduq".


Digər xəbərlər

Xəbər xətti