Messi Argentina millisinə çağırılmaq istəmir?

13:17 15 Avqust 2018

Argentina millisinin kapitanı Lionel Messi milli komandaya çağırılmaq istəmir.

 

Sportarena.az xəbər verir ki, "Barselona"nın 31 yaşlı forvardı Argentina Futbol Federasiyasının prezidenti Klaudio Tapia və yeni baş məşqçi Lionel Skalonidən milli komandaya bir il çağırılmamasını istəyib. Bu barədə Argentina mətbuatı məlumat yayıb.

 

Xəbərdə Paulo Dibalanın millidə daha çox şans qazanacağı, Mauro İkardinin isə yenidən yığmaya çağırılacağı bildirilib. Baş məşqçi Skaloninin “Real Sosyedad”dan qapıçı Qeronimo Rulli, “Fiorentina”dan German Pazella, “Ştutqart”dan Santyaqo Askasibarı, “İnter”dən isə yeni transfer Lautaro Martinesi milliyə dəvət edəcəyi qeyd olunub.


Digər xəbərlər

Xəbər xətti