"Kobra" "Qaliblər"də - VİDEO

15:14 15 Avqust 2018

Rüfət Nadirlinin aparıcısı və müəllifi olduğu "Qaliblər"in növbəti qonağının kimliyi müəyyənləşib.

 

Sportarena.az xəbər verir ki, "CBC Sport" kanalında yayımlanan verilişin növbəti qonağı kikboksinq üzrə 6 qat Dünya çempionu Pərviz Abdullayev olub. "Kobra" ləqəbli təcrübəli idmançımız karyerasının yadda qalan məqamlarından danışıb. Abdullayev gününün əyləncə hissəsini isə 5 yaşlı oğluna həsr edib.

 

"Qaliblər"in ənənəsinə uyğun olaraq verilişin ulduz qonağı isə tanınmş məşqçi Kamilli Zeynalov olub. Zeynalov yaxın dostu hesab etdiyi Pərviz Abdullayev haqqında ürəkdolusu danışıb.

 

Beləliklə, avqustun 15-i saat 22:00-da "CBC Sport" kanalında yayımlanacaq qaliblər verilişini izləməyi unutmayın.


Digər xəbərlər

Xəbər xətti