Zidan Mourinyonun yerinə göz dikib?

17:15 15 Avqust 2018

Ötən mövsüm baş çatan kimi Madrid "Real"ından sürpriz şəkildə ayrılan Zinəddin Zidanın çalışdırmaq istədiyi klub bəlli olub.

 

Sportarena.az xəbər verir ki, fransız mütəxəssis yenidən iş başına qayıtmaq istəyir. "L'Équipe" nəşrində yer alan məlumata görə, 46 yaşlı mütəxəssis növbəti mövsümdən "Mançester Yunayted"i çalışdırmaq istəyir.

 

Qeyd edək ki, "Mançester Yunayted"i 2016-cı ildən Joze Mourinyo çalışdırır. "Qırmızı şeytanlar"ın portuqaliyalı mütəxəssislə 2020-ci ilə qədər müqaviləsi var.


Digər xəbərlər

Xəbər xətti