"Neftçi" "Qəbələ" ilə oyuna 3 itki ilə hazırlaşır

17:31 15 Avqust 2018

“Neftçi” Topaz Premyer Liqasının 2-ci turunda qarşılaşacağı “Qəbələ” ilə oyunun hazırlığına dünəndən start verib.

 

Sportarena.az xəbər verir ki, “Sumqayıt”la matçdan (2:0) sonra iki günlük fasiləyə buraxılan komanda klubun bazasında məşq edir.  Hazırlıq prosesində zədəli Ruslan Abışov, Rəşad Eyubov və Soni Mustivardan başqa bütün futbolçular iştirak ediblər. Hazırlıq sabah bir məşqlə davam edəcək.

 

Xatırladaq ki, avqustun 19-da "Dalğa Arena”da keçirəcək "Neftçi” – "Qəbələ” oyunu saat 18:30-da başlanacaq.


Digər xəbərlər

Xəbər xətti