Azərbaycanlı futbolçu: "İçki düşkünü deyiləm"

18:04 15 Avqust 2018

Ukrayna millisinin və Kiyev "Dinamo"sunun sabiq üzvü Aleksandr Əliyev barəsində yayılan iddiaları təkzib edib.

 

Sportarena.az xəbər verir ki, 33 yaşlı yarımmüdafiəçi içki düşkünü olmadığını bildirib: 

 

"Gəzməyə, hardasa oturmağa, yeyib-içməyə gedə bilərəm. Lakin hər gün içmirdim. İnsanlar məni içki düşkünü hesab edir. Bunu jurnalistlər və çirkin düşüncəli insanlar yayıb. Mən içki düşkünü deyiləm. Mənim oyunumdan çox, şəxsi həyatımda danışırlar. Niyə vurduğum qollardan yazmırdılar. Ancaq içki və şəxsmi həyatım müzakirə olunur".

 

Qeyd edək ki, atası Azərbaycan əsilli olan Aleksandr Əliyev karyerası ərzində Ukraynanın "Borisfen", "Dinamo" (Kiyev), "Metullarq" (Zaparoje), "Dnepr", "Rux" Rusiyanın "Lokomotiv" (Moskva), "Anji" və Qazaxıstanın "Taraz" klublarında oynayıb. O, son iki ildə Kiyevin həvəskar səviyyəli "Katanzaro" klubunda forma geyinib.
2008-2012-ci illərdə Ukrayna millisinə çağırılan futbolçu 28 oyunda 6 qol vurub. 


Digər xəbərlər

Xəbər xətti