"Fənərbaxça" "Qalatasaray"a milyonlar qazandırdı

Sportarena.az      15 Avqust 2018, 18:39

"Fənərbaxça" Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində mübarizəni dayandırıb. 

 

Sportarena.az xəbər verir ki, İstanbul klubu ilk oyunda səfərdə 0:1 hesabı ilə uduzduğu "Benfika" ilə öz meydanında bərabərə qalıb - 1:1. Bu nəticədən sonra cari mövsüm ÇL-in qrup mərhələsində Türkiyəni yalnız çempion "Qalatasaray" təmsil edəcək. 

 
"Fənərbaxça"nın ÇL-dən kənarda qalması isə "Qalatasaray"a maddi baxımdan faydalıdır. Belə ki, qrup mərhələsində yalnız "sarı-qırmızılar" iştirak edəcəyindən UEFA-nın Türkiyəyə ayıracağı yayım məbləğinin hamısı “Sarı-qırmızılılar”a çatacaq. Söhbət minimum 7 milyon avrodan gedir.
 

Qeyd edək ki, "Qalatasaray" daha 15 il milyon avronu ÇL-in qrupunda iştirakına görə əldə edəcək. 

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
"Qarabağ" Avropa Liqasının qrupunda neçənci yeri tutacaq?
 1-ci
 2-ci
 3-cü
 4-cü
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin