Avropa Liqasında pley-offçular müəyyənləşdi - YENİLƏNİB

02:16 17 Avqust 2018

Futbol üzrə Avropa Liqasında 3-cü təsnifat mərhələsinin cavab oyunları keçirilib.

 

Sportarena.az xəbər verir ki, baş tutan 36 qarşılaşmanın ardından növbəti mərhələyə vəsiqə qazanan bütün kollektivlərin adına aydınlıq gəlib. Çempionlar Liqasında mübarizəni dayandırdığı üçün Avroliqada mübarizə aparacaq Azərbaycan çempionu “Qarabağ”ın da pley-off mərhələsindəki rəqibi məhz bu gün bəlli olub. Ağdam klubu “Valyur” (İslandiya) - “Şerif” (Moldova) cütünün qalibi ilə üz-üzə gələcəkdi. Bu komandalar arasındakı ilk oyunda moldovalılar minimal hesabla qalib gəlmişdilər. Cavab görüşündə “Şerif” uduzsa da, səfər qolu sayəsində mərhələ adlayıb və Azərbaycan çempionuna rəqib olub.

 

Türkiyə təmsilçilərindən “Başakşəhər” İngiltərənin “Bernli” klubuna əlavə vaxtda uduzmaqla mübarizəni dayandırıb. “Beşiktaş” isə çətinliklə də olsa, Avstriya LASK-ını yalnız səfər qolu sayəsində mübarizədən kənarlaşdıra bilib.

 

Avropa Liqası: 3-cü təsnifat mərhələsi, cavab oyunları

16 avqust

Kayrat (Qazaxıstan) - Siqma (Çexiya) 1:2 (0:2)

Proqres (Lüksemburq) - Ufa (Rusiya) 2:2 (1:2)

AEK (Larnaka, Kipr) - Şturm (Avstriya) 5:0 (2:0)

HJK (Finlandiya) - Olimpiya (Sloveniya) 1:4 (0:3)

Universitatya (Krayova, Rumıniya) - Leyptsiq (Almaniya) 1:1 (1:3)

Kopenhagen (Danimarka) - ÇSKA (Sofiya, Bolqarıstan) 2:1 (2:1)

APOEL (Kipr) - Hapoel (Beer Şeva, İsrail) 3:1 (2:2)

ÇFR Kluj (Rumıniya) - Alaşkert (Ermənistan) 5:0 (2:0)

Midtyulland (Danimarka) - TNS (Uels) 3:1 (2:0)

Kukesi (Albaniya) - Torpedo (Kutaisi, Gürcüstan) 2:0 (2:5)

Molde (Norveç) - Hibernian (Şotlandiya) 3:0 (0:0)

Suduva (Litva) - Spartak (Latviya) 0:0 (1:0)

Jalgiris (Latviya) - Sevilya (İspaniya) 0:5 (0:1)

Zenit (Rusiya) - Dinamo (Minsk, Belarus) 8:1 (0:4)

Lütsern (İsveçrə) - Olimpiakos (Yunanıstan) 1:3 (0:4)

Makkabi (Təl-Əviv, İsrail) - Pünik (Ermənistan) 2:1 (0:0)

Dinamo (Brest, Belarus) - Apollon (Kipr) 1:0 (0:4)

LASK (Avstriya) - Beşiktaş (Türkiyə) 2:1 (0:1)

Atalanta (İtaliya) - Hapoel (Hayfa, İsrail) 2:0 (4:1)

Bazel (İsveçrə) - Vitess (Hollandiya) 1:0 (1:0)

Bröndbü (Danimarka) - Spartak (Subotiça, Serbiya) 2:1 (2:0)

Düdelanj (Lüksemburq) - Legiya (Polşa) 2:2 (2:1)

Jrinski (Bosniya və Herseqovina) - Ludoqorets (Bolqarıstan) 1:1 (0:1)

Lex (Polşa) - Genk (Belçika) 1:2 (0:2)

Maribor (Sloveniya) - Reyncers (Şotlandiya) 0:0 (1:3)

Styaua (Rumıniya) - Hayduk (Xorvatiya) 2:1 (0:0)

Feyenoord (Hollandiya) - Trençin (Slovakiya) 1:1 (0:4)

Gent (Belçika) - Yagelloniya (Polşa) 3:1 (1:0)

Partizan (Serbiya) - Nordsyelland (Danimarka) 3:2 (2:1)

Rapid (Avstriya) - Slovan (Bratislava, Slovakiya) 4:0 (1:2)

Bordo (Fransa) - Mariupol (Ukrayna) 2:1 (3:1)

Bernli (İngiltərə) - Başakşəhər (Türkiyə) 1:0 (0:0)

Riyeka (Xorvatiya) - Sarpsborq (İsveç) 0:1 (1:1)

Rusenborq (Norveç) - Kork Siti (İrlandiya) 3:0 (2:0)

Valyur (İslandiya) - Şerif (Moldova) 2:1 (0:1)

Braqa (Portuqaliya) - Zarya (Ukrayna) 2:2 (1:1)


Xəbər xətti