Eto yeni klubuna qovuşdu

11:41 16 Avqust 2018

"Konyaspor"dan ayrılan Samuel Eto karyerasını Qətərdə davam etdirəcək.

 

Sportarena.az xəbər verir ki, 37 yaşlı forvard "Qətər Sports"a keçib. Təcrübəli hücumçunun təqdimolunma mərasimi baş tutub. Eto mərasimdə bu sözləri deyib:

 

"22 illik yüksək səviyyəli karyeramın ardından Qətərə gəlməyə qərar verdim. Dünyanın hər nöqtəsində futbol oynamışam. Qətərə doğru zamanda gəlmişəm. Ümid edirəm ki, bu ölkənin futbol tarixindən az da olsa, mənim də payım olar".

 

Kamerun millisinin sabiq üzvü yeni komandasında kapitan olacaq.

 


Digər xəbərlər

Xəbər xətti