FİFA-nın reytinq sıralaması açıqlandı: Millimiz neçəncidi?

12:33 16 Avqust 2018

FİFA uzun fasilədən sonra milli komandaların reytinq cədvəlini açıqlayıb.

 

Sportarena.az xəbər verir ki, bundan əvvəlki reytinqlə  müqayisədə millimizin mövqeyində dəyişiklik olmayıb. FİFA-nın yeni hesablama sisteminə əsasən, Qurban Qurbanovun baş məşqçi olduğu komanda 1207 xalla 105-ci yerdədir.

 

Yığmamızın Millətlər Liqasındakı rəqiblərinə gəlincə, Farer adaları 1268 xalla 90-cı, Kosovo 1080 xalla 141-ci, Malta isə 928 xalla 184-cü yerdədir. Hər üç komandanın mövqeyində dəyişiklik olmayıb.

 

Siyahının ilk üç pilləsində isə dəyişiklik olub. DÇ-2018-in qalibi Fransa 1-ci pilləyə (1726) yüksəlib. Belçika 2-ci (1723), Braziliya 3-cü (1431) yerdə qərarlaşıb.


Xəbər xətti