"Çelsi"nin futbolçusu 27 yaşında milli karyerasını başa vurdu

Sportarena.az      16 Avqust 2018, 12:49

İngiltərənin “Çelsi” klubunun futbolçusu Viktor Mozes Nigeriya yığmasındakı karyerasını başa vurub.

 

Sportarena.az xəbər verir ki, 27 yaşlı futbolçu bu barədə sosial şəbəkədə məlumat yayıb. Mozes millidən belə erkən ayrılmağa qərar verməsini belə əsaslandırıb:

 

“Karyeramın ən gözəl anlarından bəzisini Nigeriya yığmasının forması ilə yaşamışam. Həmin anları ömür boyu xatırlayacam. Artıq diqqətimi tamamilə klub karyerama və ailəmə yönəltmək üçün millidən ayrılmağın doğru zaman olduğunu düşünürəm. Bununla həm də gənc oyunçulara özlərini göstərmək üçün fürsət yaratmış olacam”.

 

Qeyd edək ki, Mozes ölkəsinin yığmasında 37 oyun keçirib, 12 qol vurub.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
"Qarabağ" Avropa Liqasının qrupunda neçənci yeri tutacaq?
 1-ci
 2-ci
 3-cü
 4-cü
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin