La Liqanın oyunları ABŞ-da da keçiriləcək

15:48 16 Avqust 2018

İspaniya La Liqasının rəhbərliyi çempionat oyunlarının ABŞ-da keçiriləcəyini açıqlayıb.

 

Sportarena.az xəbər verir ki, bu barədə La Liqanın prezidenti Xavyer Tebas məlumat verib. Bu razılaşma ilə La Liqa ABŞ və Kanadada daha da məşhurlaşması planlaşdırılır.

 

La Liqa rəhbərliyinin Amerikanın “Relevent Sports” şirkəti ilə 15 illik müqavilə imzaladığı bildirilib. Əldə olunan gəlir La Liqa klubları və “Revelent Sports” arasında bölüşdürüləcək. “Real” və “Barselona”nın da liqa oyunlarını Amerikada keçirəcəyi bildirilsə də, hansı komandanın nə zaman oynayacağı haqda məlumat verilməyib. 


Digər xəbərlər

Xəbər xətti