Estoniya Super kuboka görə nə qədər xərcə düşüb?

16:28 16 Avqust 2018

Estoniya UEFA Super Kuboku uğrunda oyunun təşkili üçün xərclədiyi vəsaitin miqdarı açıqlanıb.

 

Sportarena.az xəbər verir ki, ölkə bu turnirin final matçını qəbul etmək üçün cəmi 7 milyon avro xərcləyib. Bu barədə Estoniya Futbol İttifaqının prezidenti Ayvar Poxlak bildirib. Onun sözlərinə görə Estoniya hökuməti paytaxt Tallində matçın keçirildiyi "Lilleküla” stadionunun yenidənqurması üçün 5 milyon avro ayırıb. Milli assosiasiya isə 2 milyon avro sərf edib.

 

Superkubokda ÇL-in qalibi "Real"la, Avroliqanı qazanmış "Atletiko” qarşılaşıb. Madridlilərin duelində "Atletiko" 4:2 hesablı qələbəyə sevinib. 
 


Digər xəbərlər

Xəbər xətti