Şahmatçımız beynəlxalq turnirin qalibi oldu

Sportarena.az      16 Avqust 2018, 16:50

Azərbaycan şahmatçısı Günay Məmmədzadə Əbu-Dabidə 25-ci beynəlxalq şahmat festivalının əsas turnirində birinci yeri tutub.

 

Sportarena.az xəbər verir ki, beynəlxalq yarışda 32 ölkədən 158 şahmatçı, o cümlədən 50 qrossmeyster iştirak edib. Beynəlxalq dərəcəli usta Günay Məmmədzadə (Azərbaycan) və Gülruxbegim Tohirconova (Özbəkistan) mümkün 9 xaldan hərəyə 5,5 xal toplamaqla ən yaxşı nəticəni göstəriblər. İkinci əlavə göstəriciyə (rəqiblərin orta reytinqi) əsasən Azərbaycan təmsilçisi qalib olub, özbəkistanlı şahmatçı isə ikinci yeri tutub.

 

Kişilər arasında Daniil Dubov (Rusiya), Anton Korobov (Ukrayna) və Saleh Salem (BƏƏ) 9 mümkün xaldan hərəyə 7,5 xal toplayaraq ən yaxşı nəticəni göstəriblər. Azərbaycan şahmatçısı, FIDE ustası Rəvan Əliyev 4 xal toplayıb.

 

"B” qrupunda FIDE reytinqi 2200 əmsaldan yüksək olmayan 231 şahmatçı iştirak edib. Azərbaycan təmsilçisi Fərid Mustafayev 7 xal toplayıb və liderlərdən – Camal Ovezdurdiyev (Türkmənistan) və Kazıbek Umbetovdan (Qazaxıstan) 1 xal geri qalıb.

 

Yarışlar İsveçrə sistemi üzrə keçirilib və 9 turdan ibarət olub.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
"Qarabağ" Avropa Liqasının qrupunda neçənci yeri tutacaq?
 1-ci
 2-ci
 3-cü
 4-cü
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin