A seriyasında 2 oyun təxirə salındı

23:38 16 Avqust 2018

Futbol üzrə İtaliya çempionatının 1-ci turunun iki oyunu təxirə salınıb.

 

Sportarena.az xəbər verir ki, açılış turunun "Milan" - "Cenoa" və "Sampdoriya" - "Fiorentina" matçları başqa tarixə keçirilib.

 

Buna Genuya şəhərində avtomobil körpüsünün çökməsi nəticəsində çoxsaylı insan tələfatı səbəb olub. Avqustun 19-da keçirilməli olan bu iki görüş təyin olunan vaxtda baş tutmayacaq. Hələlik, bu qarşılaşmaların yeni tarixləri də bəlli deyil.


Xəbər xətti