"Qarabağ"ın "Şerif"lə oyunlarının vaxtı açıqlandı

11:34 17 Avqust 2018

"Qarabağ"ın Avropa Liqasının pley-off mərhələsində "Şerif"lə (Moldova) keçiriləcək oyunlarının vaxtı açıqlanıb.

 

Sportarena.az xəbər verir ki, hər iki görüş Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

 

Qeyd edək ki, komandalar arasında ilk oyun avqustun 23-də Tiraspolda, cavab matçı isə avqustun 30-da Bakıda olacaq.


Xəbər xətti