Cənubi Koreya millisi tanınmış mütəxəssisə tapşırıldı

16:28 17 Avqust 2018

Cənubi Koreya yığmasının yeni baş məşqçisi müəyyənləşib.

 

Sportarena.az xəbər verir ki, Asiya təmsilçisi portuqaliyalı Paulo Bentu ilə anlaşıb. 49 yaşlı mütəxəssislə 2022-ci ilə qədər nəzərdə tutulan müqavilə bağlanılıb. O, bu postda Sin Txe Yeni əvəzləyib.

 

Cənubi Koreya yığması Rusiyada keçirilən DÇ-2018-də qrupdan çıxa bilməmişdi.

 

Bentu 2010-2014-cü illərdə Portuqaliya millisinin "sükanı arxasında” olub. O, son olaraq Çinin "Çanqçun Lifan” klubunda çalışıb.
 


Xəbər xətti