Azərbaycanın Avropa Liqasının püşkatma mərasimindəki səfiri kim olacaq?

17:27 17 Avqust 2018

Avqustun 31-də Monakoda UEFA Avropa Liqası turnirinin cari mövsümünün qrup mərhələsinin püşkatma mərasimi təşkil olunacaq.

 

Sportarena.az xəbər verir ki, final qarşılaşması 2019-cu il mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək UEFA Avropa Liqası turnirinin qrup mərhələsinin püşkatma mərasimində Azərbaycanı təmsil edən səfirlərdən biri futbol veteranı Vəli Qasımov olacaq. Bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.

 

Xatırladaq ki, futbolçu karyerası dövründə İspaniya və Portuqaliyada legoner həyatı yaşamış 50 yaşlı Qasımov "Betis"in heyətində Primeronun bürünc medalçısı olub. 

Vəli Qasımov ile ilgili görsel sonucu

 


Digər xəbərlər

Xəbər xətti