"Qarabağ" qalib gəldi, Şüvəlanda 4 qol vuruldu - YENİLƏNİB

22:30 18 Avqust 2018

Bu gün Azərbaycan Premyer Liqasında 2-ci tura start veriləcək.

 

Sportarena.az xəbər verir ki, turun oyunları iki gün ərzində keçiriləcək.

 

Turun ilk matçında "Səbail" "Qarabağ"la üz-üzə gələcək. “Köhlən atlar”ın ilk turda "Zirə"ylə görüşü təxirə salındığından, Qurban Qurbanovun yetirmələri cari mövsümdə ilk oyununa çıxacaq. Yalnız ötən mövsümdə qarşılaşan komandaların bütün oyunlarında "Qarabağ" qələbə qazanıb.

 

Günün ikinci görüşündə ölkə kubokunun son qalibi "Keşlə" səfərdə "Zirə"ylə qarşılaşacaq. “Zirə”nin “Qarabağ”la ilk turdakı oyunu təxirə salındığından, bu görüş də onlar üçün yeni mövsümdə ilk matç olacaq. “Keşlə” isə ilk turda debütant “Sabah”a məğlub olub.

 

Turun digər iki qarşılaşması isə sabah keçiriləcək. Premyer Liqanın debütantı "Sabah" "Sumqayıt"ı qəbul edəcək. "Neftçi" və "Qəbələ" arasındakı oyuna maraq isə daha çox olacaq. Bu oyun turun mərkəzi qarşılaşması sayılır.

 

Azərbaycan Premyer Liqası, 2-ci tur

18 avqust

18:30 Səbail - Qarabağ 0:2

Qollar: Mahir Mədətov, 27; 87.
Hakimlər: Ramil Diniyev, Knyaz Əmiraslanov, Vüqar Bayramov, Rəvan Həmzəzadə
AFFA nümayəndəsi: Abas Hüseynov
Hakim-inspektor: Əli Hüseynov
Bakı. “Bayıl Arena”

 

20:30 Zirə - Keşlə 2:2

Qollar: Mirsahib Abbasov, 2. Pərdis Fərcad-Azad, 36 - Slavik Alxasov, 53. Andre Klennon, 90+1.
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Vüsal Qənbərov, Rauf Cabbarov
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Hakim-inspektor: Məhəmməd Məmmədov
Bakı. “AZAL Arena”

 

19 avqust

18:30 Neftçi - Qəbələ
Hakimlər: Rəhim Həsənov, Yaşar Abbasov, Akif Əmirəli, Ömər Paşayev 
AFFA nümayəndəsi: Elbrus Abbasov
Hakim-inspektor: Rövşən Əhmədov
Bakı. “Dalğa Arena”

 

20:30 Sabah - Sumqayıt
Hakimlər: Əliyar Ağayev, Rza Məmmədov, Zeynal Zeynalov, Orxan Məmmədov
AFFA nümayəndəsi: Maşallah Əhəmədov
Hakim-inspektor: Şahin Cəfərov 
Masazır. “Əlincə Arena”


Digər xəbərlər

Xəbər xətti