Millimizin üzvü şans qazanmadı

10:36 18 Avqust 2018

Futbol üzrə Hollandiya 1-ci divizionunda yeni mövsümə start verilib.

 

Sportarena.az xəbər verir ki, Azərbaycanın gənclərdən ibarət yığmasının üzvü Ziya Əzizovun formasını geyindiyi “Den Boş” komandası da 2018/19 mövsümündə ilk matçına çıxıb.

 

Sözügedən kollektiv səfərdə “Volendam”la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 2:1.

 

Ziya bu görüşün iştirakçısı olmayıb. Onun adı matçın iştirak ərizəsinə də daxil edilməyib.


Digər xəbərlər

Xəbər xətti