“Traktorsazi” nəhayət qələbə qazandı

11:17 18 Avqust 2018

Futbol üzrə İran çempionatında 4-cü turun oyunları keçirilib.

 

Sportarena.az xəbər verir ki, Cənubi Azərbaycanı təmsil edən klublar da növbəti matçlarına çıxıblar. Təbrizin daha məşhur “Traktorsazi” klubu doğma meydanda “Saypa” ilə qarşılaşıb. “Xəzər Lənkəran”ın sabiq baş məşqçisi, uelsli mütəxəssis Con Toşakın çalışdırdığı Təbriz təmsilçisi bu oyunda nəhayət ki, cari mövsümdə ilk qələbə sevincini yaşayıb - 1:0.

 

Təbrizin digər təmsilçisi “Göstəriş” isə səfərdə “Paykan” ilə üz-üzə gəlib və bu dəfə də meydanı 1 xalla tərk edib – 1:1.

 

4 turdan sonra 5 xala malik “Traktorsazi” 16 iştirakçı arasında 9-cu, “Göstəriş” isə 4 xalla 10-cu pillədə qərarlaşıb.


Digər xəbərlər

Xəbər xətti