"Qarabağ" "Şerif"lə oyuna Emeqarasız çıxacaq

12:33 18 Avqust 2018

Azərbaycan çempionu “Qarabağ” Avropa Liqasının pley-off mərhələsi çərçivəsində qarşılaşacağı Moldova “Şerif”i ilə ilk oyuna itkilərlə çıxacaq.

 

Sportarena.az xəbər verir ki, Ağdam klubunun hücumçusu İnnosent Emeqara Moldovada baş tutacaq ilk görüşdə komandasına kömək edə bilməyəcək. Buna səbəb onun cəzalı durumda olmasıdı.

 

Belə ki, UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsi çərçivəsində Belarus BATE-si ilə səfər oyununda qırmızı vərəqə alan Emeqara bu üzdən azı bir matçda meydana çıxmayacaq. UEFA-nın İntizam Komitəsi hələlik bu barədə rəsmi qərarını açıqlamayıb. Lakin onun ikinci sarı vərəqədən sonra meydandan qovulduğunu nəzərə alsaq, böyük ehtimalla elə bir oyunluq cəzalanacaq.

 

Emeqaradan əlavə, uzun müddətə sıradan çıxan yarımmüdafiəçi Dani Kintana da “Şerif”lə səfər oyununda meydana çıxmayacaq.

 

“Qarabağ”la “Şerif” arasında ilk oyun avqustun 23-də Tiraspolda, cavab matçı isə avqustun 30-da Bakıda olacaq. Hər iki görüş Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.


Digər xəbərlər

Xəbər xətti