Ronaldo bu gün debüt edəcək?

15:48 18 Avqust 2018

“Yuventus”un yeni transferi Kriştiano Ronaldo bu gün Turin klubunda rəsmi debüt edəcək.

 

Sportarena.az xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Massimiliano Alleqri məlumat verib. Təcrübəli mütəxəssis bildirib ki, 33 yaşlı hücumçu bu gün A Seriyasının ilk turunda “Kyevo”ya qarşı oyunda meydana çıxacaq.

 

Qeyd edək ki, Ronaldo yoxlama oyunlarında forma geyinsə də, hələlik “Yuventus”da rəsmi debüt etməyib.


Digər xəbərlər

Xəbər xətti