"Liverpul" futbolçusunu İtaliya klubuna satdı

16:38 18 Avqust 2018

İtaliyanın “Kalyari” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

 

Sportarena.az xəbər verir ki, A Seriyası təmsilçisi İngiltərənin “Liverpul” klubunun estoniyalı müdafiəçisi Raqnar Klavanı heyətinə qatıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Bu transfer İtaliya klubuna 2 milyon avroya başa gəlib. Estoniya yığmasının 32 yaşlı üzvü yeni klubu ilə 2 illik müqavilə imzalayıb.

 

Qeyd edək ki, Klavan 2016-cı ildən “Liverpul”da çıxış edirdi. O, bu komandanın heyətində 39 oyuna çıxıb, 1 qola imza atıb.


Digər xəbərlər

Xəbər xətti